Olay
Olay

Zəfər Günündən yazdılar...

Zəfər Günündən yazdılar...

Azərbaycanda 8 Noyabr Zəfər Günü qeyd olunur. Bu əlamətdar gün münasibətilə tanınmış simalar da sosial şəbəkə hesablarında paylaşım ediblər. 

OLAY yazır ki, Xalq artisti Nəzakət Teymurova zəfərimizin memarlarına təşəkkür edib:

“Bu qələbəni bizə yaşadan böyük Sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevaya, qəhrəman ordumuza, şəhidlərimizə minnətdarıq. Zəfərimiz mübarək”. 

 Xalq artisti Faiq Ağayev isə tarixi qələbəmiz haqqında bu sözləri yazıb:

“Zəfər Günün mübarək, Azərbaycan! Sən Qalibsən! Bütün dünya Qələbəndən danışır. Odlar Yurdum, Ana Vətən, Zəfər sənə yaraşır! Eşq olsun igidlərə! Yaşasın Azərbaycan”.

 Xalq artisti Tünzalə Ağayeva da Zəfər Günündən yazıb:

“Hər qarışı can və qanla azad olunan Qarabağ, Şuşa, gözün aydın olsun! Ali Baş Komandanın bir əmri ilə müzəffər ordumuz Vətənə qələbə bəxş etdi. Bizə fəthi bəxş edən Allaha sonsuz həmd olsun! Şəhidlərimizin ruhu şad olsun. Qələbəmiz mübarək! Gözün aydın, Azərbaycan”.

Xalq artisti Röya Ayxan zəfər sevincini bu sözlərlə ifadə edib:

“Biz bu tarixi qələbəni döyüş meydanında şəhidlər verərək qazanmışıq. 44 gündə yaşadıqlarımızı kəlimələrlə ifadə etmək mümkün deyil. Necə həyacanlı idik. Qəhərləndik, ağladıq, çox qürurlandıq. Sevindik, göz yaşları ilə küçələrə axışaraq Zəfəri qeyd etdik. Bu, bizim ən böyük birlik nümayişimiz idi. Bizə bu sevinci yaşadan oğullara, Ali Baş Komandana minnətdaram. Qarabağ Azərbaycandır”.

 Əməkdar artist Almaz Orucova da Zəfər Günü ilə bağlı paylaşım edib:

“Hər bir şəhidimizin adı, hər bir əsgərimizin şücaəti daim qəlbimizdə yaşayacaq. Bu günü bizə yaşadanların qarşısında hörmətlə baş əyirik. Yaşasın Azərbaycan əsgəri! Zəfərimiz mübarək”.

 Həmçinin, Mənsum İbrahimov, Təyyar Bayramov, İlkin Əhmədov, Mələkxanım Əyyubova və başqaları da Zəfər Günü ilə bağlı paylaşım ediblər.