Musiqi
Musiqi

Pərviz Qarabağda klip çəkdirdi

Pərviz Qarabağda klip çəkdirdi

Müğənni və bəstəkar Pərviz Mahmudov “Vətənim qayıdıb” layihəsini təqdim edib.

OLAY yazır ki, vətənpərvərlik mövzusunda olan mahnının sözləri Nadoya, musiqisi isə sənətçinin özünə məxsusdur. 

Pərviz bildirib ki, şəhidlərimizin əziz xatirəsinə mahnı səsləndirmək onun üçün önəmli bir addım olub:

“44 gündə qazanılan şanlı zəfər Azərbaycan tarixində əbədi qalacaqdır. Qarabağın seyrinə çıxdım. Hər qarışında igid övladlarımızın, rəşadətli ordumuzun ayaq izləri var. Dağları qürurumuz, ormanları geniş ürəyimiz olan diyarda - Şuşada şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim “Vətənim qayıdıb” adlı ifam artıq ixtiyarınızdadır. Torpaq uğrunda ölən varsa, vətəndir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm..”.