Musiqi
Musiqi

Loboda müharibəyə klip həsr etdi

Loboda müharibəyə klip həsr etdi

Ukraynanın Əməkdar artisti Svetlana Loboda “Molitva” adlı klipini təqdim edib.

OLAY yazır ki, məşhur estrada ulduzu sözügedən layihəsini Rusiya ilə müharibə şəraitində olan ölkəsinə həsr edilib.

Mahnıda müharibənin necə tez bitdiyi, xeyirin şərə qalib gəldiyi qeyd edilir. 

“100 gün...

Başqa bir həyatın başlamasından 100 gün, başqa arzular, başqa sözlər və mənalar, başqa insanlar, göz yaşları, başqa mahnılar, başqa dualar!
Dünyanı əbədi dəyişən və milyonlarla qəlbi 100 il qocaldan 100 gün.

Yenidən oxumağa başlamaq çətin idi... Çox çətin! Amma musiqi, nazik bir işıq zolağı kimi ən qaranlıq günləri də qırır.

Biz hələ də gözəl torpağımızda həyatı qeyd edəcəyik və dərddən deyil, xoşbəxtlikdən mahnılar oxuyacağıq”,- deyə Loboda bildirib.