Xalq artisti Brilliant Dadaşovanın bu gün konserti baş tutub.
OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayında səhnə alıb.
Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Dadaşova bu tədbir üçün maşınını satdığını açıqlayıb.
“Təşkilatçı dedi ki, mən yalnız sizin konsertinizi təşkil edirəm. Sadəcə bir mikrofon və iki bek vokal olacaq. Mən özüm isə əlavə uşaqlarla çıxmaq istədim. Təbii ki, bunlar da xərcdir. Ona görə maşınımı satdım. Əlbəttə üzüldüm. Amma hazırda salon doludur, biletlər satılıb. Lakin bunun “Səs Azərbaycan”ın uşaqları ilə çıxışıma adiyyatı yoxdur”, - deyə Dadaşova bildirib.