Əfsanəvi İsveç qrupu “ABBA” 36 ildən sonra Londonda bir araya gəlib.
OLAY yazır ki, Byorn Ulvaeus, Benny Andersson, Anni-Frid Lyngstad və Agnetha Fältskog “Voyage” albomunun premyerasında yer alıblar.
Sənətçilər tam heyətlə qırmızı xalça paradında yer alaraq KİV-ə müsahibə veriblər.
Ulvaeus deyib ki, yenidən bir araya gəldiklərinə inana bilmir: “Bunu ağlına gətirə bilməzdim. 40 ildən sonra yeni albom buraxmaq və hələ də ən yaxşı dost qalaraq bir-birinizin yanında olmaq… Bir-birimizə sadiqik”.