Əməkdar artist Gövhər Həsənzadə MTV-də yayımlanan “Üzə düz” proqramında qonaq olub.
OLAY yazır ki, sənətçi restoranda verilən konsertlərin çoxalmasına narazlığını bildirib:
“Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, o insanlar elə hey danışırlar. Müğənni tamaşaçını aldada bilməz, fonoqrama oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də var, televizorda da var. Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məhfumu da dəyişilib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm. Konsert akademik olar. Biz dinləmək üçün olan konsertləri görmək üçün olanlarla qarışıq salırıq”.