Musiqi
Musiqi

“Gələn il Avroviziya Rusiyada olacaq”

“Gələn il Avroviziya Rusiyada olacaq”

Avroviziya mahnı müsabiqəsində Ukrayna qalib olduqdan sonra Rusiyada Avropa Yayım İttifaqı (EBU) tənqid atəşinə tutulub.  

OLAY yazır ki, ölkənin nüfuzlu KİV-də beynəlxalq layihənin təşkilatçıları qınanılıb, Ukraynanın da Rusiya kimi diskalifasiya olunmasının lazım olduğu vurğulanıb.  
Belə ki, ölkə təmsilçisi “Kalush Orchestra” final çıxışından sonra siyasi mesajlar səsləndirib, Rusiyaya qarşı təbliğat aparıb.  

Bildirilib ki, əgər qaydalar ali tutulursa, müharibədə olan ölkələrdən hər iki tərəf yarışmadan uzaqlaşdırılmalıdır.  

“Avroviziya və Avropa mənəvi, mədəni olaraq məhvdədir”, “Avroviziya Ukraynaya təslim oldu” kimi sitatlara yer verilib.

Bundan əlavə, Russia Today (RT) və “Sputnik” direktoru Margarita Simonyan qalmaqallı açıqlamaya imza atıb.  O, “gələn il Avroviziya Rusiyada olacaq”, - şərhini verərək Ukrayna torpaqlarının tezliklə işğal olacağını eyham vurub.