“Rusiya ilə Ukrayna arasındakı gərginliyin hələlik Eurovision Mahnı Müsabiqəsinə təsiri yoxdur”.
OLAY yazır ki, bu barədə Avropa Yayım Birliyinin (EBU) yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, hər iki ölkə Turində keçiriləcək Avroviziyada yer alacaq.
EBU hazırda Ukraynaya hücumdan sonra Rusiyanı diskvalifikasiya etmək fikrində deyil.
“Avroviziya musiqi vastiəsilə ölkələri birləşdirən qeyri-siyasi mədəni tədbirdir. Rusiya və Ukrayna nümayəndələri bu il Turində olacaqlarına söz veriblər”,- deyə vurğulanıb.
Digər tərəfdən, Ukraynanın dövlət kanalı “UA:PBC” Avropa Yayım Birliyini Rusiyanın dövlət kanalının yayımını dayandırmağa və Avroviziyada iştirak etməməyə çağırıb.