İncəsənət
İncəsənət

Ukrayna Avroviziyanın qalibi oldu - Yenilənib

Ukrayna Avroviziyanın qalibi oldu - Yenilənib

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı Avroviziya mahnı müsabiqəsinin finalı keçirilir. 

OLAY yazır ki, “PalaOlimpico”da baş tutan böyük finalda 25 ölkənin təmsilçiləri yarışır. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək. Səsvermə zamanı iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri “İctimai TV”nin aparıcısı Nərmin Salmanova elan edəcək.

***

Hazırda bayraq keçidi baş tutur. Ölkə təmsilçilər sıra ilə tamaşaçılara təqdim edilir. Təmsilçimiz Nadir Rüstəmli yeni imicdə səhnəyə çıxaraq tamaşıçıları salamlayıb. 

***

Müsabiqənin rəsmi açılışı baş tutdu. Ölkə təmsilçilərinin çıxışlarna start verildi. Açılışı Çexiya nümayəndəsi edir. 

***

Səhnəyə ev sahibi İtaliya təmsilçiləri çıxdı. Mahmood və Blanco "Brividi" mahnısını canlı olaraq səsləndirirlər. 

***

Favoritlərdən olan İspaniya təmsilçisi Chanel "Slomo" ilə səhnədədir.

***

Hazırda Rusiya ilə müharibədə olan və bukmeykerlər proqnozunda birinci seçilən Ukrayna təmsilçisi “Kalush Orchestra” çıxış edir. 

***

Təmsilçimiz Nadir Rüstəmli “Flade To Black” mahnısı ilə çıxış edir.

***

İslandiyanı təmsil edən "Syster" qrupu çıxışlarının sonunda Ukraynaya dəstək olduqlarını qeyd ediblər.

***

Hazırda İsveç təmsilçisi Cornelia Jakobs səhnədədir. Onun "Hold me closer" mahnısı bukmeyker proqnozlarına əsasən, ilk beşlikdədir, qalib olma şansı böyükdür. 

***

Mərc oyunlarında ikinci göstərilən Böyük Britaniya təmsilçisi Sam Ryder "Space man" bəstəsi ilə çıxış edir.

***

Sayca sonuncu, 25-ci ölkə olan Estonya təmsilçisi Stefan "Hope"u səsləndirir.

***

Bütün ölkə nümayəndələrinin çıxışları bitdi və səsvermə start götürdü.

***

Hazırda ötən il İtaliyaya birinci gətirən Maneskin qrupu çıxış edir. 

***

Səsvermənin bitdiyi elan edilib. 

***

Jüri səslərini açıqlayan ilk ölkə Niderland olub. Onlar 12 balı Yunanıstana göndərib. 

*** 

San Marino Azərbaycana 7, Şimali Makedoniya 5, Malta isə 2 bal verib. 

***

Ukrayna Azərbaycana 5 bal göndərdi.

***

Albaniya və Estoniya, Belçika ölkəmizə 3 bal yollayıb. 

***

Polşa 12 balı Ukraynaya göndərib. Yunanıstan Azərbaycana 12, Moldova və Bolqarıstan 3 bal verib.  Kipr ölkəmizə 10 bal göndərib.

***

İspaniya və Serbiya Azərbaycana 12 bal verdi.

***

Monteneqro Azərbaycana 1 xal verib. 

***

Rumıniya isə 12 balını Ukraynaya göndərib. 

***

Gürcüstan texniki problemlərə görə arenaya canlı bağlana bilməyib. Bildirilib ki, ölkə 12 xalını Böyük Britaniyaya yollayıb. 

***

Finlandiya Azərbaycana 3 bal , Böyük Britaniya və İsveç 7 xal verib. 

Avstraliya ölkəmizə 2 bal, göndərib. 

***

Jüri səsverməsi bitdi. Bir azdan SMS nəticələri açıqlanacaq. Siyahıda Böyük Britaniya birinci, Azərbaycan 10-dur. 

***

SMS nəticələri açıqlanır.

***

Avropa xalqı Azərbaycana 3 bal verib.

***

Tamaşaçı səsverməsində ən böyük xalı Ukrayna toplayaraq müsabiqənin qalibi olub. 

 Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçirilir. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə keçən il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edir.