Musiqi
Musiqi

“Avroviziya”nın saytına rus hücumu

“Avroviziya”nın saytına rus hücumu

Putin tərəfdarı olan rus haker saytı “Killnet” Ukraynanı “Avroviziya”da qalib olsa, sabotaj etməyi planlaşdırır.

OLAY yazır ki, bununla bağlı şüphələr hələ də qalmaqdadır.

Belə ki, sayt öz yaydığı açıqlamada “Siz sms göndərə bilərsiniz, bəlkə də bizim DDOS hücumumuz hər şeyə cavabdeh olacaq. Mühüm məqsədimiz ölkəmizi hər sahədə qalib etməkdir” sözləri yer alıb. 

İtaliya xəbər mənbələrinin məlumatına görə, hakerlər hökumət saytlarını və “Avroviziya” rəsmi saytını hədəfə götürsələr də, uğursuzluqla nəticələnib.

“Killnet” yarışmada səsvermə sisteminin qorunmadığını bildirən başqa bir mesaj yayımlayıb, lakin növbəti hücumun “vaxt itkisi” olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Ukraynada apardığı hərbi əməliyyatlara görə müsabiqədən kənarlaşdırılıb.