Rusiyanın məşhur Muz TV musiqi mükafatları təxirə salınıb.
OLAY yazır ki, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.
Tədbirin nə vaxt keçiriləcəyi və niyə təxirə salındığı hələlik məlum olmasa da, hazırlıqlar müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, ötən il Muz TV mükafatları qalmaqala səbəb olmuşdu. Belə ki, Xalq artisti Filipp Kirkorov və bloger Dava yeni evlənən LGBT fərdi kimi qırmızı xalçaya çıxmış, nəticədə kanal bir milyon rubl cərimələnmişdi.