Olay
Olay

MUZ TV 1 milyon cərimələndi- Erməni blogerə görə

MUZ TV 1 milyon cərimələndi- Erməni blogerə görə

Rusiyanın MUZ TV kanalı yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə 1 milyon rubl məbləğində cərimələnib. 

OLAY yazır ki, qərarı Moskvanın Basmannı rayon məhkəməsi verib.  Televiziyaya İnzibati Məcəllənin 6.21-ci maddəsi ilə cərimə tətbiq olunub. 

Qeyd edək ki, bu ilin iyununda Muz TV musiqi mükafatları tədbiri keçirib. Rusiyanın Xalq artisti Filipp Kirkorov qırmızı xalçaya yeni evlənən cütlük obrazında erməni bloger Davan (David Manukyan) ilə daxil olub.