MUZ-TV kanalının proqram direktoru və aparıcısı Andrey Razıqraev istefa verdiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, İnstaqramda yazıb. Andreyin getməsi Moskvanın Basmannı məhkəməsinin ona İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin “yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təşviqi” maddəsinin ikinci hissəsi ilə 100 min rubl məbləğində cərimə kəsməsindən bir ay sonra baş verib.
Qeyd edək ki, bu ilin iyununda Muz TV musiqi mükafatları tədbiri keçirib. Rusiyanın Xalq artisti Filipp Kirkorov qırmızı xalçaya yeni evlənən cütlük obrazında erməni bloger Davan (David Manukyan) ilə daxil olub.
Məhkəmə sözügedən təbliğata görə TV-ni 1 milyon rubl məbləğində cərimələyib.