Cənubi Kiprin Avroviziya-2022 təmsilçisi və mahnısı rəsmən açıqlanıb.
OLAY yazır ki, yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, Andromachenin təmsilçi olması dəqiqləşib. Onun mahnısının adı isə “Ela”dır.
Bu bəstə Aleks P, Araş, Eyelar Mirzazadeh, Fatjon Miftaraj, Filloreta Raci Fifi, Geraldo Sandell, Giorgos Papadopoulos, Robert Uhlmann, Viktor Svensson və Yll Limani tərəfindən ərsəyə gətirilib. Andromache çıxışı üçün Marvin Dietmann və Den Shipton ilə birgə çalışacaq.
Qeyd edək ki, mahnının müəlliflərindən biri olan Araş 2009-cu ildə Avroviziyada ölkəmizi Aysel ilə birgə təmsil etmişdi.