Ölkələrin Avroviziya-2022 hazırlığı davam edir. Artıq bir neçəsi də həm təmsilçisini seçib, həm də çıxış mahnılarını yayımlayıb.
OLAY yazır ki, Almaniyanı ölkədə keçirilən milli seçim turuna əsasən, Mallik Harris təmsil edəcək.
Onun mahnısının adı “Rockstars”dır.
Monteneqro təmsilçisi Vldana Vucinic “Breathe” adlı çıxış mahnısını yayımlayıb.
Vldananın ifası xüsuilə də həssas məqamlara toxunub. Belə ki, o, bu emosional əsəri səhnədə pianonun müşayiəti ilə səsləndirəcək.
Cənubi Kipr hələ öz təmsilçisini rəsmən açıqlamasa da, yerli medianın xəbərinə görə, ölkəni Andromachi təmsil edəcək. Mahnı martın 9-u yayımlanacaq.