Daha bir neçə ölkə Avroviziya 2022 təmsilçisini seçib.
OLAY yazır ki, Maltada reallaşan milli müsabiqənin nəticəsinə əsasən, sözügedən ölkəni Emma Muscat “Out of sight” mahnısı ilə təmsil edəcək.
San-Marino da öz təmsilçisini müəyyənləşdirib. Dövlət kanalı olan RTV bir həftəlik seçim turu təşkil edib. Nəticədə “Stripper” mahnısı ilə reper Achille Lauro qalib olub.
Xorvatiyada keçirilən Dora 2022 müsabiqəsini Mia Dimsic qazanıb. O, Avroviziyada ölkəsini təmsil edəcək sima olub.
Polşadakı seçim turunda həm münsiflərin, həm də xalqın səsi ilə Krystian Ochman təmsilçi seçilib. O, beynəlxalq yarışmada “River” mahnısını ifa edəcək.
Sloveniyanın Avroviziya 2022 təmsilçisi “LPS” qrupudur. Onların mahnısının adı isə “Disko”dur.