Musiqi
Musiqi

Alsu özünü xoşbəxt hiss edir

Alsu özünü xoşbəxt hiss edir

Müğənni Alsu psixoloqun ona biznesmen Yan Abramovla boşanmanı necə keçirməyə kömək etdiyini danışıb.

OLAY yazır ki, bu barədə rus sənətçi VK Musiqi platformasında yayımlanan “VKATIT” podkastında söhbət edib.

“Psixoloqa “mənə boşanmağa kömək edin” deyə yox, sadəcə itmiş və qeyri-müəyyən vəziyyətdə gəldim. Nə edəcəyimi bilmirdim və psixoloq mənə özümə hörmət və sevgi tapmağa kömək etdi”, – deyə Alsu paylaşıb.  

41 yaşlı müğənninin sözlərinə görə, psixoloqun köməyi ilə lazım olan qərarları verib və indi o, özünü güclü, müstəqil, xoşbəxt, məqsəd və arzularını anlayan biri kimi hiss edir.   

2024-cü ildə Alsu biznesmen Yan Abramovla 18 illik evlilikdən sonra boşandı. Müğənninin üç övladı var – 18 yaşlı Safina, 15 yaşlı Mikella və 8 yaşlı Rafael. Ər-arvad arasında əmlak bölgüsü prosesi isə hələ də davam edir.