Musiqi
Musiqi

Sərhəd xidməti Alina ilə bağlı açıqlama yaydı

Sərhəd xidməti Alina ilə bağlı açıqlama yaydı

Ukraynanın dövlət sərhəd xidməti Avroviziya-2022 təmsilçisi Alina Paşla bağlı açıqlama yayıb.

OLAY yazır ki, qurum onlara hansısa bir giriş sənədinin verilmədiyini və məsələdən xəbərdar olmadıqlarını bildirib.

Həmçinin, sərhəd xidməti dövlət kanalı tərəfindən yayımlanan sənədi analiz edib. Bundan başqa, onlar hansı növ sənədin yayımlandığını bilmədiklərini açıqlayıblar.

Rəsmi nümayəndə onu da əlavə edib ki, bu barədə araşdırmalara başlanılacaq.

Qeyd edək ki, bir neçə gündür ki, Alinanın Kırımda toyda oxuduğu üçün beynəlxalq müsabiqədəki təmsilçiliyinin ləğv oluna biləcəyi deyilib. Bundan başqa, sərhəd xidmətinin Alinanın ölkəyə giriş sənədini təsdiqləməli olduğunu da bildirib.