Musiqi
Musiqi

40 milyonluq evinin onlara verilməsini istəyir

40 milyonluq evinin onlara verilməsini istəyir

Türkiyəli müğənni Serdar Ortaç vəsiyyətini açıqlayıb.

OLAY yazır ki, sənətçi bu barədə jurnalistlərə danışıb.

“Hələ vəsiyyətimi yazmamışam. Amma buradan deyirəm, 40 milyon lirə dəyərində evim var. Mən vəfat edəndən sonra bacı-qardaşım, işçilərim və ansamblıma evin satışından pay verilməsini istəyirəm. Bir hissə isə Mehmetçik Vəqfinə, şəhidlərə verilsin”, - deyə, Serdar bildirir.