Xalq artisti Brilliant Dadaşova bəstəkar-müğənni Murad Arif duet layihəsini təqdim edib.
OLAY yazır ki, “Təşəkkür” adlanan mahnının müəllifi Murad Arifdir. Klipi isə rejissor Emin Muradov ərsəyə gətirib.
Qeyd edək ki, sənətçilər “Səs Azərbaycan” layihəsində münsif olarkən B.Dadaşova “Muradik mənimlə duet oxumaq üçün əldən-ayaqdan gedir”, - deyə, bildirmişdi.
M.Arif isə “Mən hələ də əldən-ayaqdan gedirəm” sözləri ilə B.Dadaşovanın fikirlərini təsdiq etmişdi.