Musiqi
Musiqi

“Döngə” qrupu “Sənsizliyim” hitini təqdim etdi

“Döngə” qrupu “Sənsizliyim” hitini təqdim etdi

Azərbaycan rok qrupu Döngə Xalq artisti Aygün Kazımovanın məşhur hiti “Sənsizliyim”in yeni interpretasiyasını təqdim edərək musiqi sevərləri təəccübləndirib. 

OLAY yazır ki, rok aranjimanının premyerası İTV-də “Hər Zaman Musiqi” proqramında təqdim edilib.

Qeyd edək ki, 1999-cu ildə ilk dəfə ifa olunan “Sənsizliyim” mahnısının orijinal versiyası Aygün Kazımovanın karyerasında xüsusi yeri var. Musiqinin müəllifi bəstəkar Rövşən Şərəfli, sözlərin müəllifi isə şair Vahid Əzizdir.