"Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm".

OLAY yazır ki, bu sözləri müğənni Səidə Dadaşova xalası Lalə Dadaşova haqda Elgizlə izlə proqramında danışıb.

O, xalasının ünvanına sərt ifadələr işlədib:

"Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır. Lap mən nəyisə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub? Yoxsa, sosial mediada yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə və ya yaza bilər. Anamla mənim aramdakı söhbətə də heç kim qarışa bilməz. Yalnız atam sağ olsaydı, bu məsələyə müdaxilə edə bilərdi. Atam olmayan yerdə heç kim mənim anamla aramda olan söhbətə müdaxilə edə bilməz. Bu, ana-bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona. Bir dəfə məndən danışanda, 5 dəfə özlərindən danışsınlar. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm... Mən hələ böyüklüyümü göstərirəm".

"Hər kəs öz keçmişinə baxsın" - Səidədən xalasına sərt sözlər