Heydər Əliyev sarayının direktoru İlham Qasımov ötən ay vəfat edən Əməkdar artist Cabir İmanovun heç yerdə olmayan görüntülərini paylaşıb.
OLAY yazır ki, kadrlarda Cabirin görüntüləri və onun “Ey əsili olmayan kəs” şeirinə etdiyi qiraət yer alıb.
İ. Qasımov həmin videoya bu sözləri yazıb:
“Həyatdasan! Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax necədir? Bölüşmək istəyirəm. Dedim əladır amma, biraz səs tonun aşağıdır onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı. İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!