Musiqi
Musiqi

Aiseldən aylar sonra yeni mahnı - VİDEO

Aiseldən aylar sonra yeni mahnı - VİDEO

“Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (Aisel) aylar sonra “Get” adlı yeni mahnısını təqdim edib.

OLAY yazır ki, musiqisi Aiselə, sözləri Kübra Kərimliyə, aranjımanı isə Emin Kərimə məxsus mahnı sənətçinin “Youtube” kanalında yayımlanıb.

“Get - toksik münasibətlərin insanın həyatına təsirindən bəhs edən hekayədir, təəssüf ki, vəziyyətdən ən yaxşı çıxış yolu münasibəti bitirməkdir. Emosional olaraq tükəndirən şeyə son qoymaq üçün, özündə güc və cəsarət tapan bir insanın hekayəsidir. İndi o, həqiqətən nə istədiyini və hiss etdiyini başa düşmək üçün tək qalmağa üstünlük verir. Artıq deyilən sözlərə inanmır, bir vaxtlar bu qədər səmimi və yaxın olan hər şey indi tamamilə yad olur”.

Qeyd edək ki, “cover” foto Orxan Aslanov tərəfindən çəkilib, obraz üzərində isə Murad Vəliyev çalışıb.