Müğənni Güllünün vəfatı ilə bağlı istintaq davam edərkən hadisə ilə bağlı yeni iddia səslənib.

OLAY yazır ki, məşhur sənətçinin keçmiş müdiri Ferdi Aydın iki şahidlə birlikdə prokurorluğa gedərək Güllünün qızı Tuğyan barəsində şikayətçi olub.

Ferdi Aydın açıqlamasında bunları söyləyib:

 “Tuğyanın anasının ölümündə əli olduğunu düşünürəm. Ailə dostları olan Bircan xanımın evinə zorla girərək telefonundakı bütün yazışmaları silib. Qadını qorxudub. Mesaj yazışmaları məndədir. “Anamı öldürmək üçün bir qatil taparsanmı?” yazılmış mesaj var. Bütün bu sübutları şahidlərin iştirakı ilə prokurorluğa təqdim etdik”.

“Güllünün qatili qızıdır” - İddia