Aktyor Taner Ölmez “Medcezir” serialındakı tərəf müqabili Çağatay Ulusoyla bağlı açıqlama verib.
OLAY yazır ki, o jurnalistlərin “hələ də münasibətiniz davam edirmi” sualını bu sözlərlə cavablayıb:
“Hələ də görüşürük. Dostluğumuz davam edir. Dünən mənə mesaj yazıb yeni filminin qalasına dəvət etdi. Təəssüf ki, işlərim çox olduğuna görə gedə bilməyəcəm. Amma ürəyim onunladır”.