Musiqi
Musiqi

Səhnədə olarkən ərinin qəza xəbərini eşitdi

Səhnədə olarkən ərinin qəza xəbərini eşitdi

Rusiyanın məşhur “Vintage” qrupunun solisti Anna Pletnevanın həyat yoldaşı qəzaya düşüb. 

OLAY yazır ki, iş adamı Kirill Syrovla avtomobilini idarə edərkən motosikletə çırpılıb və hazırda reanimasiyadadır.  

Sənətçi hadisədən konserti zamanı xəbər tutub və səhnədən enən kimi xəstəxanaya gedib.  

Anna hazırda həyat yoldaşının həkim nəzarətində olduğunu açıqlayıb.

Qeyd edək ki, K. Syrov Rusiyanın ən böyük dərman şirkətlərindən biri olan “Valenta”nın ortaq sahibidir. Cütlük 2005 -ci ildə evlənib, iki övladı var - qızı Maria və oğlu Kirill.