Musiqi
Musiqi

Tünzalə illər əvvəlki kimi…

Tünzalə illər əvvəlki kimi…

Xalq artisti Tünzalə Ağayeva özəl məkanların birində xüsusi ulduz qonaq qismində çıxış edib.

OLAY yazır ki, pop ulduz sevənlərinin qarşısına çıxıb. Gecə boyunca ən sevilən və unudulmayan hitlərini ard-arda səsləndirən Xalq artisti yüksək enerjisi ilə gələn qonaqları hər zaman olduğu kimi coşdurub. Estrada ulduzu tamaşaçılarına unudulmaz anlar bəxş edib.

Özəl gecəyə xüsusi hazırlaşan müğənni geyimi ilə də göz oxşayıb. Ağayeva dərin kürək dekoltesi, başına taxdığı xüsususi aksesuar və zərli geyimi ilə diqqət çəkməyi bacarıb. Səhnə geyimi taninmış yerli dizayner İnci Karimə məxsusdur. Pop ulduzun makiyajı və saçı üzərində stilist Sabir çalışıb.