Musiqi
Musiqi

Röya Ayxan Gürcüstan trendində

Röya Ayxan Gürcüstan trendində

Xalq artisti Röya Ayxanın “Tut əlimdən” mahnısı xaricdə də uğur qazanıb.

OLAY yazır ki, layihə Gürcüstanın yutub musiqi çartına 22-ci pillədən daxil olub. 

Sinql təqdim olunduğu gündən indiyə kimi Azərbaycanın “Azerbaijan Apple Music” çartında birincidir.  Azərbaycan yutub trendində baxışı 4 milyon sayını keçən sinql 3 həftə 1-ci olub. Bundan əlavə, “Tut əlimdən” Yandex Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 35-ci yerdədir. 

Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri Sərxan Nizamioğluna məxsusdur.