Musiqi
Musiqi

Orxan Budapeştdə konsert verdi

Orxan Budapeştdə konsert verdi

Orxan Zeynallı Budapeştdə Avropanın 15 fərqli şəhərindən həmyerlilərimizi bir araya gətirdi. 

OLAY yazır ki, noyabrın 5-də Orxan Zeynallı Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış etdi. Ölkənin hüdudlarından kənarda ilk konsertini verən Orxan 400-ə yaxın azərbaycanlını bir araya topladı. Konsertə maraq biletlərin satışa çıxdığı ilk gündən hiss edilməyə başlanmışdı. Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı dünyanın müxtəlif ölkələrindən həmvətənlər bir arada toplandı. 

Konsertdə Polşanın Krakov və Varşava, İsveçin Stokholm və Lund, Belçikanın Brüssel, Niderlandın Amsterdam, Litvanın Vilnüs, İngiltərənin London, Estoniyanın Tallin, Almaniyanın Berlin, İtaliyanın Roma və Turin, Çexiyanın Praqa, Fransanın Paris, Gürcüstanın Tiflis və eyni zamanda Bakıdan dinləyicilər iştirak etdi. 

2 saata yaxın davam edən konsertdə Orxan öz sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa etdi. Yaxın gələcəkdə digər ölkələrdə də yeni konsertlərin baş tutması planlaşdırılır.