Aktyor İbrahim Çelikkol yaxın dostu Birce Akalayla aralarının dəydiyi yönündə çıxan xəbərlərlə bağlı açıqlama verib.
OLAY yazır ki, o jurnalistlərin Akalayın onu instaqramda izləmədən çıxması barədə sualına belə cavab verib:
“Mənim heç kimlə küskünlüyüm yoxdur. Mən dostluqlarımı və münasibətlərimi sosial şəbəkələr üzərindən davam etdirmirəm. Məni yaxından tanıyanlar bilir ki,münasibətlər bitsə belə, çətin günlərdə həmin insanların yanında oluram. Mən Bircenin anasına da, vəkilinə də, özünə də zəng etdim.Canı sağ olsun, bunlar vacib şeylər deyil. Bizim nəslin işləri deyil, sosial şəbəkələrdə izləmədən çıxmaq”.
Xatırladaq ki, Birce Akalay narkotik istintaqı çərçivəsində ifadə verdikdən sonra bir çox tanınmış sima da daxil olmaqla dostlarını sosial şəbəkədə izləmədən çıxıb.