Musiqi
Musiqi

Aleyna Tilkiyə həbs cəzası verildi

Aleyna Tilkiyə həbs cəzası verildi

Tanınmış müğənni Aleyna Tilki 5 ay müddətinə azadlıqdan məhrum edilib.

OLAY yazır ki, buna səbəb onun 2020-ci ilin yanvar ayında hava limanında bir şəxslə etdiyi dava olub. O, mübahisə əsnasında “Sən kimsən, polissənmi? Səni tapıb məhv edəcəm. Sənə görə təyyarəyə gecikirəm”,- deyərək təhqirlər səsləndirib.

Buna görə də, qarşı tərəf Aleynadan şikayətçi olub. İddialar məhəkmədə dəyərləndirilib. Nəticədə, Aleyna 5 ay həbslə yanaşı, 8 min türk lirəsinə yaxın cərimələnib.