Xalq artisti Röya Ayxan Türkiyənin məşhur mahnısını repertuarına daxil edib. Sənətçi Azərbaycanda mərhum Əməkdar artist Zöhrə Abdullayevanın ifası ilə populyarlaşan “Tövbə” mahnısını səsləndirib.
OLAY yazır ki, bəstənin hələ Z. Abdullayevanın sağlığında duet şəklində oxunması planlaşdırılsa da, Əməkdar artist vəfat etdiyindən R. Ayxan “Tövbə”ni solo ifa edib.
Sözügedən bəstənin müəllif hüquqları ilə bağlı Hakkı Buluta müraciət olunub, icazəsi alınıb.
Mahnı bütün musiqi platformalarında paylaşılıb.
Qeyd edək ki, “Tövbə”ni Türkiyədə Kibariyə, müəllif olan Hakkı Bulut və başqaları oxuyub.
Zöhrə Abdullayeva isə sözügedən mahnını 1995 -ci ildə ifa edib.