Musiqi
Musiqi

Azərbaycanlı reperlərdən 4 mahnıya 1 klip

Azərbaycanlı reperlərdən 4 mahnıya 1 klip

“Synaps Records” musiqi leyblının iki proqressiv artisti Saybu Swag və OD-nin “Van Allen” EP albomu artıq onlaydır.

OLAY yazır ki, 4 trekdən ibarət albomun musiqi müəllifi “MW”-dur. Sözügedən treklər “Spotify” və digər musiqi platformalarda yayımlanıb.

“Van Allen” planetimizə gələn zərərli şüalara qarşı filter funksiyası yerinə yetirən, yerin maqnit sahəsindən qaynaqlanan qurşaqlara deyilir. Sənətçilər bu albomun musiqimizi bayağılıqdan, bəsitlikdən və ona zərər gətirən digər amillərdən qoruyan bir təbəqə olacağına ümid edirlər.

Həmçinin, artistlər bir ilkə imza atıblar. Onlar 4 treki bir klipdə cəmləşdiriblər. Nəticədə 13 dəqiqəlik maraqlı və fərqli iş ərsəyə gətiriblər.