Fotosessiya
Fotosessiya

Dünyaca məşhur aktrisa Rusiya vətəndaşı oldu

Dünyaca məşhur aktrisa Rusiya vətəndaşı oldu

Argentinanın “Vəhşi mələk” serialında rolu ilə dünyada populyar olan uruqvaylı müğənni və aktrisa Nataliya Oreiroya Rusiya pasportu təqdim olunub. 

OLAY yazır ki,  mərasim noyabrın 10-da Rusiyanın Buenos-Ayresdəki səfirliyində baş tutub. Bundan əvvəl Vladimir Putin N.Oreiro və oğluna Rusiya vətəndaşlığı verib - müğənni bunu böyük şərəf adlandırıb və  bütün ruslara təşəkkür edib.

O, andın mətnini rus dilində oxuyaraq bildirib: “Mən, Oreiro İqlesias Natalia Marisa, könüllü və şüurlu surətdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edirəm, Rusiyaya sadiq olmağa, onun mədəniyyətinə, tarixinə və ənənələrinə hörmətlə yanaşmağa and içirəm”.