Rusiyanın məşhur “Tatu” qrupu yenidən fəaliyyətə başlayacaq.
OLAY yazır ki, bu barədə musiqi qrupunun üzvü Lena Katina məlumat yayıb.
O, Yuliya Volkova ilə yenidən bir araya gələcəyini, 2022-ci ilin yazında konsert proqramında yer alacaqlarını qeyd edib.
Hətta hər iki sənətçinin iştirakı ilə serial lentə alınacaq.
Qeyd edək ki, “Tatu” beynəlxalq tanınması əldə edən ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis həm də rusdilli Rusiyanın, Böyük Britaniyanın, ABŞ-ın çartlarında və digər ölkələrdə başçılıq edirdi. Onların debütu, İngilis dilində yazılmış, “All the Things She Said” İlin ən uğurlu sinqları biri seçilir və dünyanın böyük musiqi çizelgeleri çıxarılır. “Tatu” ilk və yeganə rus “IFPI” mükafatı qazanan qrup sayılır.
Sözügedən qrup 1999-cu ildə yaranıb, 2014-cü ildə fəaliyyətini dayandırıb.