Latın amerikalı müğənni və aktrisa Natalia Oreiro Rusiya vətəndaşlığını alıb.
OLAY yazır ki, müvafiq sərəncamı prezident Vladimir Putin imzalayıb.
Oreironun sözlərinə görə, o, 2020-ci ildə Birinci Kanalda teleaparıcı İvan Urqantın proqramına baş çəkdikdən sonra Rusiya vətəndaşlığını almaq istəyib.
Bir müddət sonra müğənni iş üçün Argentinadakı Rusiya səfirliyinə çağırılıb və vətəndaşlıq üçün sənədlərə imza atıb.