Olay
Olay

Azərbaycan gözəli Türkiyənin məşhur serialında

Azərbaycan gözəli Türkiyənin məşhur serialında

Azərbaycan gözəli Natalieya Sokolevskaya Türkiyənin “Teşkilat” serialında yer alıb.  

OLAY yazır ki, 2015-ci ildə ölkənin ən gözəl xanımı seçilən Rusiya əsilli Nataliya reytinqli layihənin son buraxılışında ekranlarda görünüb. 

O, TRT-də yayımlanan ekran işində epizodik rolu ifa edib.  

Qeyd edək ki, Nataliya Azərbaycanda modelliklə məşğul olub. O, iki ildir Türkiyədə yaşayır, orada aktrisa kimi fəaliyyət göstərir.