Fotosessiya
Fotosessiya

Azyaşlıya təcavüz edən aktrisa həbsxana təmizlikçisi oldu

Azyaşlıya təcavüz edən aktrisa həbsxana təmizlikçisi oldu

13 yaşlı qıza qarşı cinsi istismarda təqsirli bilinən “Doktor Strenc” filminin aktrisası Zara Pitian həbsxanada təmizlikçi olub.

OLAY yazır ki, xarici mediada yer alan xəbərə görə, o, şərti azadlığa çıxmasına kömək edə biləcək təmizlik kursuna yazılıb.

Aktrisa 2022-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, əri Viktor Marke ilə birgə azyaşlıya qarşı cinsi təcavüzdə günahkar bilinib. Viktor isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, cütlük 3 il evlərində qıza təcavüz edib. Hər şey Pitianın yeniyetməyə spirtli içki verməsi ilə başlayıb. 59 yaşlı Marke məktəbli ilə təxmini 20 dəfə cinsi əlaqədə olub.