Olay
Olay

“14 yaşlı qıza bunu edənlər ən ağır cəza alsın”

“14 yaşlı qıza bunu edənlər ən ağır cəza alsın”

Xalq artisti Röya Ayxan Bərdə rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslərlə bağlı paylaşım edib.

OLAY yazır ki, ifaçı instaqramda bunları qeyd edib:

“Bərdədə məktəbli qızın başına gətirilən bədbəxt hadisə ilə bağlı prosesi yaxından izləyirəm və nəticəni səbrsizliklə gözləyirəm. Mənim orada bibilərim, onların qızları, balaları yaşayır. Bir qadın kimi mənə təsir etdi, ölkəmdə baş verdiyi üçün utandım. Azərbaycan polisinə təşəkkür edirəm, səbəbkarları tapıblar. Lakin onlardan rica edirəm ki, 14 yaşlı bir yeniyetməyə bu cür rəftar edən o 4 nəfər ən ağır şəkildə cəzalandırılsın. Çox xahiş edirəm,  məsələyə həssaslıqla yanaşsınlar. Hər kəsin övladı var”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. 

Yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.