Modellik karyerasında sürətlə yüksəliş edən və sənayenin ən yaxşı modellərindən biri kimi göstərilən Kendall Cenner gənc yaşlarından diqqət mərkəzində böyümənin mənfi təsirlərindən danışıb.
OLAY yazır ki, sənətçi insanların ona “pis qız” obrazı yaratdığını ifadə edən ulduz “Kaş ki, əsl məni tanıya bilsələr”, - deyə, bildirib.
Cenner hər hərəkətinin tənqid olunduğunu və daima təzyiqlərə məruz qaldığını söyləyib. O bu barədə “The Kardashians” realiti-şousunda danışıb:
“Nə etsəm də, nifrət edirlər. Heç nə etmədən yolda getsəm, yenə çıxıb problemə çevirirlər. Məni ən çox incidən “pis qız” obrazımdır, insanlar belə düşünmələridir. İnsanlar sizin xarakterinizi mühakimə edir. Kaş ki, onlar “əsl məni” tanıya bilsələr”.