Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, ölkədən qaçdığı iddia olunan musiqiçi və aktyor Nikita Presnyakov daşınmaz əmlakını satışa çıxarıb.
OLAY yazır ki, bu barədə kp.ru məlumat yayıb. Qeyd olunur ki, o, mağazanın yerləşdiyi bir mərtəbəli binalı torpaq sahəsini satır.
Obyekt Krasnodar diyarında yerləşir. Bildirilir ki, daşınmaz əmlakın satışı ilə bağlı elan bir neçə aydır ki, daşınmaz əmlak saytlarında görünür, lakin oktyabrın 7-də sahibi qiymət etiketini 20,5 milyon rubldan 20 milyon rubla endirib.
Qeyd edək ki, Presnyakovun ABŞ-a getməsi ilə bağlı şayiə yayılmışdı. Onun oktyabrın 12-də Rusiya sərhədini piyada keçdiyi qeyd edilmişdi.