SSRİ Xalq artisti Alla Puqaçovanın böyük nəvəsi Nikita Presnyakov sentyabrın 21-də qismən səfərbərlik elan edildikdən dərhal sonra Rusiyanı tərk edib.
OLAY yazır ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. REN TV qeyd edib ki, Presnyakov səfərbərlik elanından üç gün sonra, sentyabrın 24-də ölkədən gedib.
O, çıxış üçün Estoniya ilə sərhəddə yerləşən İvanqoroddakı sərhəd keçid məntəqələrindən birini seçib.
Rusiya telekanalının məlumatına görə, N.Presnyakov piyada keçid məntəqəsi ilə Rusiyadan uzaqlaşıb. Bildirilir ki, A.Puqaçovanın nəvəsi Litva vətəndaşlığına malikdir, ona görə də sərhədi keçmək üçün etibarlı şengen vizasına ehtiyacı yoxdur.