Olay
Olay

Alla Rusiyadakı evini 1 milyarda satışa çıxardı

Alla Rusiyadakı evini 1 milyarda satışa çıxardı

Rusiyanın Xalq artisti Alla Puqaçovanın ölkəsinə qayıtmasının səbəbi bəlli olub.

OLAY yazır ki, Alla Moskva vilayətinin Qryaz kəndindəki lüks evini satmaq üçün Rusiyaya qayıdıb.

Bu barədə “Mash” teleqram kanalı məlumat paylaşıb.

Puqaçova evini 1 milyard rubla satışa çıxarıb.

Sənətçinin bundan əlavə, uşaqlarının sənədlərini məktəbdən götürdüyü də iddia edilib.

Xatırladaq ki, Alla Rusiya-Ukrayna müharibəsi başlayanda həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə İsrailə köçmüşdü. Daha sonra Moskvaya qayıdan ifaçı həyat yoldaşının “xarici agent” elan edilməsinin ardından qərara etirazını bildirib. Bir neçə gün öncə isə təkrar Rusiyanı tərk edərək İsrailə geri dönüb.