Aktyor Alp Navruz sevgilisi Ayça Ayşin Turandan ayrıldığını təsdiqləyib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Alp həm də xəyanət iddialarını yalanlayıb:
“Son zamanlar haqqımda reallığı əks etdirməyən, “iddia” adı ilə yayılan xəbərləri heyrətlə oxudum. Bu günə qədər açıqlama vermək istəmədim. Amma artıq pis niyyətli ağızlardan çıxan dedi-qodular hörmətsiz bir yerə çatıb. Qeyd etmək istəyirəm ki, insanlar arasında bəzi anlaşmazlıqlar ola bilər. Biz də ümumi səbəblərə görə, qarışılıqlı sayğı ilə danışaraq münasibətimizi bitirdik. Bu əsassız, çirkin şayiələrlə əlaqəsi yoxdur. Deyilənləri yayan şəxs və ya şəxslərin, sevgi, sayğı ailə dəyərinə və təmiz bir vicdana sahib olması diləyi ilə”.