Fotosessiya
Fotosessiya

Loboda bu şəhər üçün 1 milyon ayırdı

Loboda bu şəhər üçün 1 milyon ayırdı

Ukraynanın Əməkdar artisti Svetlana Loboda doğum günündə hərbi əməliyyatlar zamanı dağıdılmış doğulduğu İrpin şəhərini bərpa etmək üçün bir milyon qrivna (təxminən 47 min manat) köçürüb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb:

“Bir milyon qırmızı qızılgül əvəzinə, evlərin bərpası üçün bir milyon qrivna. Doğma Ukraynada sülh olsun. Çox tezliklə gerçəkləşəcək bir arzu! Bu gün mən ad günümü ailəmlə qeyd edirəm və çox istəyirəm ki, evini itirmiş hər bir ukraynalının onu yenidən tapsın. Belə ki, bütün ailələr tez bir zamanda öz geniş və dinc süfrələrinə toplaşsınlar. Ona görə də ad günümdə İrpin şəhərində dağılmış üç binanın bərpası üçün bir milyon qrivna köçürmək istəyirəm”.