Fotosessiya
Fotosessiya

Hicabsız şəkil çəkdirdiyinə görə həbs edildi

Hicabsız şəkil çəkdirdiyinə görə həbs edildi

Yəməndə 20 yaşlı model Entesar əl-Həmmadi həbs olunub.  

OLAY yazır ki, o, islami geyim qaydalarını pozmaq ittihamı ilə 5 il azadlıqdan məhrum olub. 

Vəkili Halit Muhammed El Kamal bildirib ki, 5 il həbs cəzası alan müvəkkili fevral ayından bəri şifahi və fiziki zorakılığa, irqçi hücumlara məruz qalıb. 

O, həmçinin “narkotik saxlama” və “fahişəlik” daxil olmaqla cinayətləri “etiraf etməli” olduğunu və prokurorların bunu etmədiyi təqdirdə bakirəlik testi tətbiq edəcəyi ilə hədələdiyini qeyd edib.