Fotosessiya
Fotosessiya

“Mən sevən şəxs axtarışında deyiləm”

“Mən sevən şəxs axtarışında deyiləm”

Müğənni Ayan Babakişiyeva “MTV Maqazin” verilişinə müsahibə verib.

OLAY yazır ki, sənətçi iddialı açıqlamaları ilə diqqət çəkib.

Ayan münasibətlərində özünü qurban vermədiyini bildirərək, heç kimin ikinci şansa layiq olmadığını da vurğulayıb:

“Mən bir şəxslə dostluğumu və ya həyatımdakı bir insanla münasibətimi bitirirəmsə, ikinci dəfə onu həyatıma gətirmirəm. Bu, ən böyük səhvim olar. Çünki bir dəfə bağışlamışamsa, ikinci dəfə bunu etmək lazım deyil. Əgər kimsə bir səhvi növbəti dəfə təkrarlayırsa, o axmaqdır. Bir insan sənə zərər vurur, səndən uzaqlaşır, sənin həyatını, psixologiyanı, duyğularını, hisslərini məhv edirsə, sən o şəxsi ikinci dəfə həyatına necə gətirə bilərsən? Bu insan səni məhv edib, getdi.

Mən sevən şəxs axtarışında deyiləm. “Məni hər kəs sevməlidir”in də axtarışında deyiləm. Önəmli olan dəyər verdiyim insanın mənə dəyər verməsidir. Dəyərli, sevdiyim, doğma insan əgər görsəm ki, hisslərimdən sui-istifadə edir, dərhal ondan uzaqlaşacağam. Heç kimə özümü qurban verməmişəm. Bundan sonra da elə bir niyyətim yoxdur. Ayan məni sevir, məndən ayrılmayacaq, səbir edəcək deyə bir şey yoxdur. Ayan, ümümiyyətlə, belə qadın deyil. Mənim bir qisasım var, bu cür insanları həyatımdan blok etmək, uzaqlaşdırmaq və bir daha yaxınlaşdırmamaq”. 

Müğənni problemli dostlardan uzaq gəzdiyini də qeyd edib: 

“Mənim əgər bu gün yaxşı dostlarım, çevrəm varsa, yaxşı tərəfdən bəhrəsi olmalıdır. Yoxsa, ancaq dostumun problemi varsa, və məni öz problemi ilə, özü ilə birlikdə bataqlığa çəkirsə, nə qədər çox istəsəm də, ondan uzaq düşəcəyəm. Deyəcəyəm ki, məni bağışla, amma mən özümü hamıdan çox istəyirəm. Sağ ol, sənə öz bataqlığında uğurlar”.