Pop ulduzu Castin Biberin xanımı onu müğənni Selena Qomezdən oğurlaması ilə bağlı iddialara ilk dəfə cavab verib.
OLAY yazır ki, model Heyli Biberin dediyinə görə, onların ayrılması ilə heç bir əlaqəsi olmayıb.
“Bu dəlilikdir. Kiminsə münasibətini pozmaq mənim təbiətimə uyğun deyil. Mən sadəcə bunu heç vaxt etməzdim. Yaxşı tərbiyə almışam. Mən olan zaman onların belə bir münasibəti yox idi”, deyə o, məşhur “Call Her Daddy” podkastının aparıcısı ilə söhbətində bildirib.
Qeyd edək ki, Heyli və Castin 2018-ci ilin sentyabrında, Baham adalarında nişanlandıqdan cəmi iki ay sonra gizli şəkildə evləniblər.