Döyüş filmlərində canlandırdığı rollarla tanınan Hollivud ulduzu Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin boşanmaqdan imtina ediblər.
OLAY yazı ki, bu barədə “Page Six” nəşri ailəyə yaxın mənbəyə istinadla məlumat paylaşıb.
“Onlar evdə görüşmək qərarına gəliblər. Burada danışaraq fikir ayrılıqlarını həll edə bildilər. Hər ikisi çox xoşbəxtdir”, - deyə, aktyorun sözçüsü qeyd edib.
Cütlük boşanma prosesinə xitam vermək üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, Stallone və Cennifer 1997-ci ildə ailə qurub. Onların bu münasibətdən 3 qızı var.